AMEA-nın şöbə müdiri vəfat edib
15:14 04 İyul 2020
Azərbaycan elminə ağır itki üz verib.
Femida.az -ın xəbərinə görə, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski 68 yaşında vəfat edib.
Qeyd edək ki, H.Şıxlinski 1952-ci ildə Qazaxda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Azərbaycan SSR şəraitində üzümün rayonlaşdırılmış və yeni seleksiya formalarının filloksera və göbələk xəstəliklərinə davamlılığı mövzusunda namizədlik dissertasiyası, filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin öyrənilməsi və kompleksdavamlı formaların aşkar edilməsi mövzusunda isə dissertasiya müdafiəsi edib. 238 elmi əsəri çapdan çıxıb. Xaricdə çıxan elmi əsərlərin sayı isə 90 təşkil edir.
Allah rəhmət eləsin!
Oxunub: 869
Oxşar xəbərlər
- AMEA-nın keçmiş prezidenti vəfat edib
- AMEA-nın 41 yaşlı əməkdaşı qəfildən vəfat edib
- AMEA-nın strukturuna dəyişikliklər ediləcək
- AMEA-nın Ümumi Yığıncağı keçirilib, Ramiz Mehdiyevin istefası qəbul olunub
- AMEA-nın professoru vəfat edib
- AMEA-nın "Yüksək Texnologiyalar Parkı"nın Baş Planı təsdiq edilib
- AMEA-nın Tarix İnstitutuna direktor seçilib
- AMEA-nın Nizamnaməsi dəyişdi
- AMEA-nın I vitse-prezidenti vəzifəsinə namizədlərin adları açıqlanıb
- AMEA-nın prezidenti istefa ərizəsi yazdı