Magistraturaya qəbul olanların qeydiyyatı başlayır
09:26 06 İyul 2020
Bu gündən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan şəxslər onlardan tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, qeydiyyat iyulun 15-dək (şənbə və bazar günləri istisna olmaqla) davam edəcək.
Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, bu il magistraturaya müsabiqə şərtlərini ödəyən proqram və ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 (Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689) nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı elan olunacaq.
Femida.az
Oxunub: 713
Oxşar xəbərlər
- Magistraturaya boş qalan yerlərə qəbul elan edilib
- Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
- Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib
- Magistraturaya sənəd qəbulu başa çatıb
- Magistraturaya qəbul qaydaları 2024-cü ildən dəyişdiriləcək
- Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb
- Magistraturaya qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb
- Magistraturaya boş qalan plan yerlərinin sayı açıqlanıb
- Magistraturaya qəbul imtahanına qeydiyyat başladı
- Magistraturaya sənəd qəbulu başa çatdı