Vəzifəli şəxslərə qarşı əməliyyat keçirilir
13:30 09 İyul 2020
Aqrar sektora ayrılan subsidiyaların mənimsənilməsi ilə əlaqədar əməliyyat keçirilir
Kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.
Femida.az-ın report-a istinadən məlumata görə, əməliyyat dövlətin kənd təsərrüfatına ayırdığı subsidiyaları mənimsəməkdə şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı xüsusi əməliyyat keçirilir.
Araşdırma nəticəsində məlum olub ki, 10-dan artıq rayonda gübrə təchizatçısı olan şirkətlər fermerlərlə əlbir olaraq subsidiyaları mənimsəyiblər. Bu, əkin sahəsinin olduğundan artıq göstərilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin yalan məlumatların daxil edilməsi hesabına olub. Subsidiyaların yalnız 25%-ni nağdlaşdırmaq mümkün olduğu üçün bəzi fermerlər bank kartların müəyyən məbləğ qarşılığında təchizatçı şirkətlərə satıblar. Onlar isə kartlardakı vəsaitləri öz hesablarına köçürərək əslində fermerlərə gübrə satmayıblar.
Əməliyyatı Daxili İşlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə həyata keçirir.
***
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı əməliyyat keçirir.
BMCMİ əməkdaşları Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Məlumata görə, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Çoxlu sayda saxlanılanlar var.
DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edilib ki, bu barədə gün ərzində əlavə məlumat veriləcək.
Femida.az
Oxunub: 1241
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM