Ağsuda biçilmiş taxıl sahəsində yanğın baş verib


18:15     09 İyul 2020 20_07_09_1594302981.jpg

Ağsu rayonunun Nüydü kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verib.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğının yaxınlıqdakı əkin sahələrinə və meşə zolağına keçmə təhlükəsi yaranıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 776