ABAD kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına antiseptiklər payladı - Fotolar


12:13     10 İyul 2020 2020/07/897502e9-6c42-4bfd-8209-f2e832e39e65_1594369013.jpg


Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank”ın sponsorluğu, “ABAD” publik hüquqi şəxs və “ASAN Könüllüləri”nin təşkilatçılığı ilə “ASAN Məktub” sosial proqramı çərçivəsində uşaq evlərində yaşayan uşaqlar və aztəminatlı ailələrin uşaqlarına ABADçı istehsalı olan antiseptik vasitələrin verilməsi məqsədi ilə sosial layihə həyata keçirilib.


Femida.az-ın məlumatına görə, layihə çərçivəsində Bakıda və regionlarda yaşayan 550-dən çox uşaq “ABAD” antiseptikləri ilə təmin olunub.

Qeyd edək ki, layihə iştirakçıları tərəfindən təqdim olunan antiseptik vasitələr ABAD-ın dəstəyi ilə kiçik sahibkar ailə tərəfindən istehsal edilib.

Femida.az

Açar sözlər: #ABAD   #ASANXidmət  

Oxunub: 7871