Avropadakı Azərbaycan vətəndaşları ölkəyə gətiriləcək
17:30 10 İyul 2020
Xaricdə olan vətəndaşların təxliyəsi ilə əlaqədar fəaliyyət davam etdirilir”
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq Avropa istiqamətində də uçuşlar olacaq:
"Yaxın vaxtlarda həftədə bir dəfə olmaqla uçuş həyata keçiriləcək. Rusiya ilə də bu istiqamətdə danışıqlar aparılır".
Femida.az
Oxunub: 879