18 məhkumda koronavirus aşkarlandı


17:39     10 İyul 2020 hebsss34.jpg

Cəzaçəkmə müəssisələrində 18 məhkum koronavirusa yoluxub.

Femida.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, 12 saylı cəzaçəkmə müəssisəndə 11 məhkum ,14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkum, 4 saylı cəzaçəkmə müəssisəsində 2 məhkumda testin nəticələri müsbət çıxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1108