Saatlıda qatar avtomobili vurub, xəsarət alanlar var


10:16     12 İyul 2020 qəza%20qatar%20maşın%20ölən%20var.jpg

Saatlı rayonunda qatar avtomobili vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Sarıcalar kəndində qeydə alınıb.

Soltanabad kənd sakini, 1994-cü il təvəllüdlü İbrahimov Əlizahid Adıgözəl oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil dəmir yolu xəttini keçən zaman onu qatar vurub. Nəticədə sürücü və avtomibildə olan sərnişinlər - Soltanabad kənd sakinləri, 1994-cü il təvəllüdlü Rzayev İmanverdi Rza oğlu, 1996-cı il təvəllüdlü Rzayev Ceyhun Rza oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Sonuncu kəllə-beyin travması ilə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 765