Gənclər döyüşə getmək üçün müraciət etdilər
13:16 13 İyul 2020
Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətlər ediblər.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəsmi "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək geri oturdulub.
"Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Qəhrəmancasına həlak olmuş şəhidlərimiz bu gün dəfn olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyirik.
Bundan əlavə qeyd edək ki, ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər. Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk", - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 977
Oxşar xəbərlər
- Gənclərə biznes və karyera ilə bağlı təlim keçirilib
- Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib - SİYAHI
- Gənclər və idman naziri yeni idarə rəisi təyin edib
- Gənclər və İdman Nazirliyində yeni təyinat olub
- Gənclər və İdman Nazirliyində üç yeni təyinat olub
- Gənclər və idman nazirinin müavinləri işdən çıxarılıb, yeniləri təyin olunub
- Gənclər və könüllülər Ağdam Cümə məscidində olublar
- Gənclər arasında narkotik satan 6 nəfər saxlanıldı
- Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
- Gənclər “Könüllü gömrükçü” dəstəsinə cəlb edilir