Hədə-qorxu ilə pul alan şəxs tutuldu
16:42 13 İyul 2020
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşları hədələyərək guya onlar barəsində rüsvayedici məlumatlar yayacağı ilə zərəçəkənləri qorxudub pul tələb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, zərərçəkənlərdən Baş İdarəyə daxil olan çoxsaylı müraciətlər əsasında keçirilən əməliyyat nəticəsində hədə-qorxu və ilə tələb etməkdə və dələduzluq əməlində şübhəli Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Eyvaz Əmənov yaşadığı Şirvan şəhərində tutulub.
Araşdırma zamanı onun ümumilikdə 5 vətəndaşı hədələyərək onlardan ümumilikdə 2000 manatdan artıq pul aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi qanunsuz hərəkətləri etiraf edib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” Zəng Mərkəzinə və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Qeyd edilən faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyvaz Əmənov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin ətrafında istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 785
Oxşar xəbərlər
- Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
- Hədə-qorxu gələn sürücü tutuldu - RƏSMİ
- Hədə-qorxu ilə pul tələb edən jurnalist həbs olundu
- Hədə-qorxu ilə tələb etməyə görə hansı cəza verilir? - Hüquqi yardım
- Hədə-qorxu ilə əldə etmək istədi, tutuldu - FOTO
- Hədə-qorxu gəlib pulunu almaq istədilər
- Hədə-qorxu ilə qadının pulunu alan qrup üzvləri tutuldu
- Hədə-qorxu ilə pul tələb edən cinayətkar dəstə üzvləri saxlanıldı