Hindistanda koronavirusa yoluxanların sayı 1 milyonu ötüb


10:52     17 İyul 2020 20_07_17_1594968814.jpg

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 956 yoluxma halı qeydə alınıb.

Femida.az xəbərinə görə, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistanda koronavirusa yoluxanların ümumi sayı 1 003 -;n 832 nəfərə çatıb.

Qeyd olunub ki, son sutka ərzində 687 nəfər vəfat edib və indiyədək xəstəlikdən ölənlərin sayı 25 602 nəfərə çatıb.

Xəstəxanalarda 342 473 nəfər müalicə olunur, virusdan sağalanların sayı isə 635 757 nəfərdir.

Açar sözlər:

Oxunub: 499