Neft Fondu bu yataqlardan 2,2 milyard dollar gəlir götürüb - 5 ayda
13:07 21 İyul 2020
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 2,21 milyard ABŞ dolları vəsait daxil olub.
Femida.az bu barədə ARDNF-ə istinadən xəbər verir.
Bu müddət ərzində “Şahdəniz” yatağından hasil edilən qaz və kondensatın satışından isə ARDNF 197 milyon ABŞ dolları gəlir əldə edib.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 131 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, AÇG-də mənfəət neftinin satışından ARDNF-ə vəsait 2001-ci ildən daxil olur.
Femida.az
Oxunub: 740
Oxşar xəbərlər
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- G7 dekabra qədər Rusiya neftinə qiymət həddi tətbiq edə bilər
- Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
- Azərbaycan nefti 3 dollaradək bahalaşıb
- Neft bahalaşıb
- Azərbaycan neftinin qiyməti cüzi artıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb