Meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb - İsmayıllıda


11:06     24 İyul 2020 20_07_24_1595576392.jpg


İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Zaur Qazıyev və İsmayıllı sakini Elman İsmayılov saxlanılıb.

Saxlanılan şəxslərin rayonun Qalınçaq kəndi ərazisindəki meşə sahəsində xüsusi qulluq göstərməklə yetişdirdikləri 2 457 ədəd narkotik tərkibli çətənə kolları və 6 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri may ayında satmaq məqsədilə becərdikləri məlum olub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Femida.az

Açar sözlər: #narkotik   #İsmayıllı  

Oxunub: 887