Operativ Qərargah məktəblərin yeni tədris ilində açılması məsələsinə aydınlıq gətirib
21:13 03 Avqust 2020
“Təhsil Nazirliyi qarşısında artıq bu tapşırıq qoyulub”.
Femida.az -ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, ölkənin təhsil və tibb mütəxəssisləri ilə birlikdə məktəblərin yeni tədris ilində açılması müzakirə edilir: “Onlar tərəfindən təkliflər, qeydlər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq. Burada digər ölkələrin də təcrübələrinə müraciət edilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin də qənaətləri nəzərə alınmaqla, irəli sürüləcək təkliflərə baxılacaq”.
Oxunub: 1284
Oxşar xəbərlər
- Operativ Qərargah: “Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçib”
- Operativ Qərargah "Omikron" ştamı ilə bağlı tapşırıqlar verib
- Operativ Qərargah rəsmisindən sərt qapanma ehtimalı ilə bağlı AÇIQLAMA - VİDEO
- Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
- Operativ Qərargahın bu qadağası ləğv olundu - RƏSMİ
- Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
- Operativ Qərərgah açıqlama yaydı
- Operativ Qərargah yoluxmanın dinamikasını və peyvəndləmə prosesini müzakirə edib
- Operativ Qərargahdan səhiyyə müəssisələrinə vaksinləmə proseduru ilə bağlı tapşırıq
- Operativ Qərargahda pandemiya ilə bağlı respublika müşavirəsi keçirilib