Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək


11:39     05 Avqust 2020 20_08_05_1596612064.jpg

Belarus Səhiyyə Nazirliyi Azərbaycanı sakinləri Belarusa gəldikdən sonra karantindən keçməli olan dövlətlərin siyahısından çıxarıb.

Femida.az BELNAVINY-yə istinadən xəbər verir ki, karantindən “azad olunanlar” sırasında həmçinin Tanzaniya, Şri-Lanka, Monqolustan və Fici də yer alıb.

Buna qədər adıçəkilən ölkələrin vətəndaşları Belarusa gəldikdən sonra iki həftə özlərini təcrid etmək məcburiyyətində qalırdı. Avqustun 4-dən əvvəl ölkəyə daxil olan şəxslər artıq karantini poza bilər.

Açar sözlər:

Oxunub: 860