Pandemiyadan zərərçəkən sahibkarlara dəstək göstərilməsinin ikinci mərhələsinə start verilib


12:33     15 Avqust 2020 20_08_15_1597478620.jpg

“Fərdi mikrosahibkarlara birbaşa dəstəyin göstərilməsi, pandemiyadan zərərçəkən sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsinin birinci mərhələsi başa çatıb”.

Femida.az -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, artıq ikinci mərhələyə start verilib: “44 329 fərdi mikrosahibkara dəstək göstərilib. Muzdlu işçilərə dəstək verilməsi üçün artıq siyahılar müəyyənləşdirilərək Maliyyə Nazirliyinə təqdim edilib”.

Açar sözlər:

Oxunub: 1452