DSX-nin hərbi qulluqçularına fəxri adlar verilib - SƏRƏNCAM


14:00     17 Avqust 2020 dsx20150308.jpg


Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə, tibb xidməti polkovnik-leytenantı Hacıyeva Tünzalə Əşir qızı “Əməkdar həkim”, baş gizir Ələkbərzadə Rəna Kamil qızı “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüblər.

Femida.az

Açar sözlər: #sərhəd   #dsx   #sərəncam   #fəxri   #ad  

Oxunub: 1194