Sahibkarlara 12,3 milyon manatdan çox pul verildi


21:45     17 Avqust 2020 sahibkarlar.jpg

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, avqustun 13-nə 2-ci mərhələ çərçivəsində 49 min 329 fərdi (mikro) sahibkara maliyyə dəstəyi göstərilib.

Bu barədə Femida.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fərdi (mikro) sahibkarlara 12 milyon 332,3 min manat vəsait ödənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1336