Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var


21:12     18 Avqust 2020 publika.az1397292007qeza.jpg

Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tovuz rayon sakini, 1986-cı il təvəllüdlü İsgəndərov Məqsəd Şakir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Tağıyeva Nuranə Vilayət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 2054