Şamaxıda toy edənlər cərimələnib
15:53 20 Avqust 2020
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, avqustun 19-da daxil olmuş məlumat əsasında Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Pirqulu qəsəbəsi ərazisində yerləşən “Fortuna” restoranında Çarhan kənd sakini Aləm Cəfərovun qardaşı Şamoya toy məclisi təşkil etməsi faktı aşkar edilib.
Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, restoranın sahibi Hilal Bəkirov, A.Cəfərov və toyda iştirak edən 11 nəfər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Karantin rejimi qaydalarını pozduqlarına görə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilib, H.Bəkirov 1500 manat, digərləri isə 200 manat məbləğində cərimə olunublar.
Femida.az
Oxunub: 1136
Oxşar xəbərlər
- Şamaxıda yol qəzasında ər və arvad xəsarət alıb
- Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açılıb
- Şamaxıda keçmiş məhkum daşla vurularaq öldürülüb
- Şamaxıda canavarlar mal-qaraya hücum ediblər
- Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
- Şamaxıda qəbiristanlıqdan 3 000 manatlıq oğurluq olub
- Şamaxıdan gətirilərək sığınacağa yerləşdirilən uşaqların son durumu açıqlanıb
- Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb
- Şamaxıda qadını hədələyərək qızıllarını alan şəxs tutulub
- Şamaxıda satıcı sahibkarın 9 minini oğurladı - RƏSMİ