Notariat ofisinə gedə bilməyən vətəndaşlara evində səyyar xidmət göstərilir


11:58     21 Avqust 2020 2020/08/4FC303AE-ADAE-4A97-ABAE-22C3BF3A2914_1598007398.jpeg


"Əgər vətəndaşın səhhətində problem yaranarsa, notariat ofisinə getmək mümkün olmasa, bu halda notariat çantasının onun evinə gətirilməsi və yerində səyyar xidmət göstərilməsi mümkündür".

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi tərəfindən keçirilən notariat fəaliyyəti bağlı ictimai müzakirədə Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Həsənov deyib.

O bildirib ki, notariat ofisləri səyyar xidmət üçün zəruri avadanlıqlara mçalik “notariat çantaları” ilə təmin olunub:

“Bu çantaların elektron informasiya sisteminə birbaşa çıxışı imkanı var. Əvvəlcədən bildiriş verən şəxslərə notariat evində səyyar xidmət göstərilir”.

Femida.az

Açar sözlər: #notariat   #ədliyyə  

Oxunub: 8343