Miqrasiya xidmətinə aid bu arayışlar bütün "ASAN xidmət"lərdə veriləcək - YENİLİK


13:43     24 Avqust 2020 2019/11/arayis-nikah_1574750772.jpg

24 avqustdan etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikası vətəndaşlığından çıxma, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi ilə bağlı müraciətlərin qəbulu bütün “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda isə regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində) həyata keçiriləcək.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1365