Tərtərdə oğurluq edən şəxs saxlanılıb


09:18     25 Avqust 2020 terro12r%20hebs.jpg

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust ayında rayon ərazisindəki avtoyuma məntəqəsindəki avtomobillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Sərxan İsgəndərovun icarə əsasında işlətdiyi Tərtər rayonunun Təzəkənd kəndi ərazisindəki avtoyuma məntəqəsindəki avtomobildən qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

S. İsgəndərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Oğurlanmış qızıl əşyalarının yeri aşkar edilərək maddi sübüt kimi götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 947