Azərbaycanda qadın vəkilin fəaliyyəti dayandırıldı


16:40     26 Avqust 2020 2020/08/vekiller_1598445691.jpg


Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Bu barədə Femida.az-a VK-dan məlumat verilib.

Bildirilib ki, vəkil Janna Bağırova ilə bağlı şikayətlər araşdırılıb. Qərara əsasən, J.Bağırovanın fəaliyyəti dayandırılıb və VK-dan xaric olunması ilə bağlı məhkəməyə müraciət olunub.

Bundan başqa, Baş Prokurorluğun vəkillər - Zibeydə Sadıqova ilə Nemət Kərimlinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı təqdimatı rədd edilib.

Həmçinin Rəyasət Heyəti vətəndaşın digər vəkil Bəhruz Bayramovla bağlı şikayətinin rədd edilməsi ilə bağlı qərar çıxarıb.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #hüquq   #qanun   #femida  

Oxunub: 5550