Deputatlar iş başına qayıtdı


10:08     31 Avqust 2020 20_08_31_1598854702.jpg

Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb.


Femida.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə (I maddə) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə-iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Sentyabrın 15-dən etibarən parlamentin komitələrinin iclasları keçiriləcək.

Daxili Nizamnaməyə əsasən, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək.

Qeyd edək ki, parlamentin sonuncu növbədənkənar sessiyasının iclası avqustun 7-də keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 986