Qaradağda "Aşura" mərasiminin təşkilatçı həbs edildi
14:35 31 Avqust 2020
Qaradağ rayonu Sahil qəsəbəsində "Aşura" mərasimi keçirmək istəyənlər cərimələnib.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 30-da Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 43 ünvanında bir qrup şəxsin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaq karantin qaydalarını pozaraq “Aşura” mərasimi keçirməsi barədə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) İcimai Təhlükəsizlik Şöbəsinə məlumat daxil olub.
Dərhal Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları ilə birgə qeyd edilən ünvan nəzarətə götürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı mərasimin təşkilatçısı, qəsəbə sakini Vüsal Tarverdiyev və daha 25 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. İdarədə onlarla profilaktik söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozan 25 nəfər barəsində inzibati protokollar tərtib olunub və onların hər biri cərimələnib. Məclisin təşkilatçısı V.Tarverdiyev barəsində isə məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs qərarı verilib.
Femida.az
Oxunub: 1167
Oxşar xəbərlər
- Qaradağda avtomobil yolu keçən kişini vurub
- Qaradağda yanğın, 5 nəfər təxliyə olunub
- Qaradağda 27 yaşlı gənci öldürən şəxs həbs edilib
- Qaradağda top mərmisi tapılıb (FOTO)
- Qaradağda zəncirvarı qəzada bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - RƏSMİ
- Qaradağda yük maşını dərəyə aşıb, ölən var
- Qaradağda avtomobil aşıb, xəsarət alan var
- Qaradağda oğurluq edən kişi və qadın saxlanıldı
- Qaradağda "Mercedes" yandı
- Qaradağda 4 otaqlı ev yanıb