DİM-dən rezidentura ilə bağlı müraciət
14:57 02 Sentyabr 2020
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının II mərhələsinə hazırlaşan namizədlərə müraciət edib.
DİM-dən Femida.az-a verilən məlumata görə, DİM otk.az portalına rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə ayrı-ayrı istiqamətlərə aid yeni sınaq imtahanı əlavə edib. Namizədlər imtahana buradan yazıla bilərlər.
Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.
Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil edə, yazılan cavablarla düzgün cavabları müqayisə etmək mümkündür.
Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.
Femida.az
Oxunub: 1082
Oxşar xəbərlər
- DİM-dən keçid balları ilə bağlı açıqlama
- DİM-dən abituriyentlərə MÜRACİƏT
- DİM-dən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT
- DİM-dən imtahanlarda iştirak edəcək şəxslərə müraciət
- DİM-dən şagirdlərə XƏBƏRDARLIQ
- DİM-dən imtahanlarla bağlı daha bir xəbərdarlıq
- DİM-dən imtahan verən abituriyentlərə - Müraciət
- DİM-dən saxta profil açanlara xəbərdarlıq
- DİM-dən olimpiada qaliblərinə MÜRACİƏT
- DİM-dən şagirdlərə MÜRACİƏT