Gədəbəydə yol qəzasında 4 nəfər xəsarət alıb


21:47     02 Sentyabr 2020 20_09_02_1599066320.jpg

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zaman müvafiq olaraq hər iki maşının sürücüləri - 1983-cü il təvəllüdlü Əliyev Elnur, 1996-cı il təvəllüdlü İmamquliyev Nurlan və daha iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1358