Yasamalda ağacların dibi betondan təmizləndi


19:36     09 Sentyabr 2020 2020/09/agacl-1599665595_1599665832.jpg

Ötən gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılmışdı.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, BŞİH-in müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib, acağların dibi betondan təmizlənib, ağaclara su verilib və ərazi nəzarətə götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1064