Məktəblərdə koronavirusa qarşı görülən tədbirlər açıqlanıb


16:23     11 Sentyabr 2020 trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg

“Bütün məktəblərə temperatur ölçən cihazlar alınıb və onların paylanması prosesi gedəcək”.

Femida.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bütün məktəblər eyni zamanda dezinfekiaya məhlulları ilə də təmin ediləcək.

R.Ağayev qeyd edib ki, əgər hər hansı müəllimdə koronavirusla əlaqəli şübhəli simptomlar aşkar olunsa onlar test ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 743