XİN-dən Mnatsakanyana CAVAB
12:09 15 Sentyabr 2020
"Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir".
Bu barədə Femida.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnişin avtobusları, qatarları və Bakı metrosunun partlayışı ilə müşahidə olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonian kimilərinin nümunəsində özünü göstərir. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub.
Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın Xarici İşlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyatdan başqa bir şey deyil.
Təcavüzkar Ermənistanın saxta və cəfəng iddialarını və bəyanatlarını qətiyyətlə rədd edir, bu ölkənin BMT TŞ-nin 1993-cü il tarixli qətnamələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməsini tələb edirik".
Femida.az
Oxunub: 3874
Oxşar xəbərlər
- Mnatsakanyan efirdə çıxılmaz vəziyyətə düşdü
- Ceyhun Bayramov Mnatsakanyana cavab verdi
- Azərbaycan XİN Mnatsakanyanın dediklərinə münasibət bildirib
- Mnatsakanyan: "Azərbaycanın yeni XİN rəhbəri ilə görüşü gözlədirəm"
- “Al Jazeera” telekanalında Hikmət Hacıyevin Zöhrab Mnatsakanyanla debatı olub
- Məmmədyarovla Mnatsakanyanın onlayn görüşü keçirilir
- XİN Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşü barədə məlumat yayıb
- Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü başladı
- Məmmədyarov və Mnatsakanyan arasında görüş tarixi və yeri açıqlandı
- “Mnatsakanyana məsləhət görərdim ki, Helsinki Yekun Aktını bir də oxusun” - Məmmədyarov