Rezidenturaya ixtisas seçimi başa çatır
10:03 25 Sentyabr 2020
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır.
Dövlət İmtahan Mərkəzindən Femida.az - a bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün 25 sentyabr saat 23:59-dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
25 sentyabr saat 09:45-ə olan məlumata əsasən 368 nəfər (Azərbaycan bölməsi - 342; rus bölməsi – 26) ərizəsini təsdiq edib.
Qeyd edək ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.
Oxunub: 432
Oxşar xəbərlər
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- DİM rezidenturaya sənəd qəbulu elan edib
- Rezidenturaya qəbulun nəticələri açıqlanıb
- Sabahdan rezidenturaya ixtisas seçimi başlanır
- Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir
- Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri elan edilib
- Rezidenturaya və hərbi liseylərə imtahanlar keçirilib
- Kolleclərə və rezidenturaya sənəd qəbulu başlayıb
- Rezidenturaya ixtisas seçiminin tarixi açıqlandı
- Rezidenturaya qəbulun birinci mərhələsinin nəticələri açıqlanıb