İctimai nəqliyyatın fəaliyyəti bərpa olundu


06:00     28 Sentyabr 2020 avtobus_261214.jpg

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib.

Femida.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.

Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində həftə sonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Açar sözlər:

Oxunub: 460