İctimai nəqliyyat saat 8-ə kimi işləyəcək
13:35 28 Sentyabr 2020
Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.
Femida.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.
“Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”- deyə qeyd olunub.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, ölkəmizə qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, bu gecədən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-a qədər komendant saatı tətbiq edilib.
Femida.az
Oxunub: 450
Oxşar xəbərlər
- İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb
- İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanılıb
- Ictimai yerlərdə 4 koronavirus xəstəsi saxlanılıb
- İctimai yerlərdə 5 nəfər aktiv koronavirus xəstəsi aşkar edilərək saxlanılıb
- İctimai nəqliyyat iki gün işləməyəcək
- İctimai asayişin qorunmasında iştirak etmək istəyənlərin nəzərinə
- İctimai yerdə saxlanılan koronavirus xəstəsi qadına cinayət işi başlanıldı
- İctimai nəqliyyatın fəaliyyəti bu tarixədək dayandırıldı
- İctimai nəqliyyat iki gün işləməyəcək
- İctimai nəqliyyatda həftəsonu qadağası uzadıldı