Lukaşenko İlham Əliyevə zəng edib
15:04 01 Oktyabr 2020
Oktyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Belarus Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb.
Dövlətimizin başçısı məlumat verərək bildirib ki, Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını həyata keçirir.
Prezident İlham Əliyev qeyd edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistan tərəfi şüurlu şəkildə danışıqlar prosesini pozur və Ermənistan hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.
Oxunub: 664
Oxşar xəbərlər
- Lukaşenko Ukrayna istiqamətində Silahlı Qüvvələrin operativ komandanlığının yaradılmasını əmr edib
- Lukaşenko sabah Moskvada Putinlə görüşəcək
- Lukaşenko və Tokayev arasında telefon danışığı olub
- Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı
- Lukaşenkonu və uşaqlarını öldürmək PLANI: restoranda “müxalif generallarla” GİZLİ GÖRÜŞ - TƏFƏRRÜAT
- Lukaşenko Azərbaycana gəlir
- Lukaşenko İlham Əliyevi təbrik edib
- Lukaşenkonun andiçmə mərasimi keçirilib
- Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
- Lukaşenko ilə görüntülənən 21 yaşlı gözəl deputat seçildi - Fotolar