İlham Əliyev Koreya Prezidentini təbrik edib


13:11     02 Oktyabr 2020 prezident2.jpg

Prezident İlham Əliyev Koreyanın Prezidenti Mun Ce-inə təbrik məktubu göndərib.

Femida.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

COVID-19 pandemiyası ilə üzləşdiyimiz bu dövrdə Azərbaycan xalqının dost Koreya xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, ölkənizə daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Açar sözlər:

Oxunub: 386