Ordumuzun əks-hücum əməliyyatları davam edir - Düşmən çoxlu sayda itki verib


14:04     04 Oktyabr 2020 2018/09/mudafie-nazirlik_1537857415.jpg

“Ermənistan tərəfi yenə də dezinformasiyalar yaymaqla məşğuldur”.

Femida.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edir: “Canlı və texnika sarıdan çoxlu itki verən düşmən artıq 60-70 yaşlı şəxslərdən istifadə etməyə başlayıb. Düşmənə qarşı adekvat tədbirlər görülür. Onların Gəncədəki hərbi obyektləri vurması ilə bağlı yaydığı xəbərlər tamamilə yanlışdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 3123