Qəbələdə avtomobil dərəyə aşıb, 1 nəfər ölüb


20:13     04 Oktyabr 2020 20_10_04_1601827049.jpg

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində “ВАЗ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasediciləri 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 529