Kamran Əliyev dünya dövlətlərinin Baş prokurorlarına müraciət etdi
12:27 05 Oktyabr 2020
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 04 oktyabr 2020-ci il tarixdə ABŞ, Kanada, Avstraliya, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Uruqvay, İraq, İran, Argentina, Braziliya, Bolqarıstan və Polşanın Baş prokurorlarına, eləcə də Livan, Yunanıstan, Suriya və Fransa ədliyyə nazirlərinə rəsmi müraciət edib.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistan Respublikasının rəhbərliyinin dövlət terroru siyasətinə bağlılığının sübutu olaraq bu ilin sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla əsasən dinc əhalinin sıx yaşadığı ərazilər, xəstəxanalar, məktəblər, uşaq evləri ağır artilleriyadan atəşə tutularaq mülki infrastruktura külli miqdarda ziyan vurulub, 04 oktyabr 2020-ci il tarixdən başlayaraq döyüş bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, o cümlədən strateji senəye əhəmiyyəti daşıyan Beyləqan və Mingəçevir şəhərlərinin yaşayış məntəqələri raket və mərmilərlə atəşə tutulmuş, nəticədə ölən və yaralananlar var.
Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən əks-hücum tədbirlərinin görülməsi nəticəsində erməni silahlı qüvvələrinin öz mövqelərini itirmələri səbindən, yeni canlı qüvvə toplamaq məqsədi ilə Ermənistan xarici ölkələrdə yaşayan erməniləri silahlı qarşıdurmada iştirak etməyə çağırıb.
Kütləvi informasiya vasitələrində təxminən 1000-ə yaxın etnik ermənilərin Azərbaycan Respublikasının ərazisinə gəlmələri və ya gəlmək istədikləri barədə məlumatlar yayılıb.
Qeyd edilib ki, BMT-nin Təhlükəsizlik Şurasının 2178 (2014) saylı qətnaməsində “xarici terrorçu döyüşçülər” termini ilə digər ölkələrdə terror aktlarının təşkilində, həyata keçirilməsində iştirak edən şəxslər müəyyən ediliblər.
Xarici dövlətlər nəzərə almalıdırlar ki, bu kimi “erməni könüllüləri” döyüş bacarıqlarını əldə etdikdən sonra yaşadıqları dövlətlər üçün real təhlükə mənbəyinə çevrilə bilərlər.
Həmçinin müraciətdə qeyd olunan ölkələrdə çoxsaylı erməni diasporasının mövcud olmasını, həmin diasporanın nümayəndələri tərəfindən “erməni könüllülərinin” daşınmasının təşkil edilməsi nəzərə alınmaqla ölkə vətəndaşlarının kütləvi şəkildə Ermənistan Respublikasını ziyarət etmələrinə xüsusi diqqət yetirilməsi, eyni zamanda xarici ölkələrin ərazisindən terroristlərin Azərbaycan Respublikasına daşınmasının qarşısını alınması üçün preventiv tədbirlərin görülməsini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilib.
Femida.az
Oxunub: 717
Oxşar xəbərlər
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Prokurorluq: "Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb"
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq olunub"
- Qadın əməkdaş Baş Prokurorluqda yüksək vəzifəyə təyin edilib
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"