Nikol Paşinyan yenidən səfərbərlik elan etmək məcburiyyətində qalıb


18:56     05 Oktyabr 2020 20_10_05_1601909837.jpg

Döyüş meydanında məğlubiyyətlə üzləşən və şəxsi heyət baxımından ciddi itkilərlə üzləşən Ermənistan çıxılmaz duruma düşüb.

Femida.az -ın məlumatına görə, artıq itirilmiş hərbçilərin yerini doldura bilmədiklərini görən Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən səfərbərlik elan etmək məcburiyyətində qalıb.

Ermənistanın Baş naziri bu dəfə son bir il ərzində ordu sıralarından tərxis edilmiş hərbi qulluqçuların ümumi səfərbərliyini elan edib.

Halbuki Ermənistan qanunvericiliyinə görə, son bir il ərzində ordu sıralarından tərxis olunmuş hərbi qulluqçular ümumi səfərbərliyə cəlb oluna bilməzlər.

Bu, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də başladığı əks-həmlə əməliyyatından sonra cəbhədə ağır məğlubiyyətlərə düçar olan Ermənistan ordusunun şəxsi heyət və kadr çatışmazlığı ilə üzləşdiyini göstərir. Çıxılmaz durumda qalan Ermənistan baş naziri qanunları pozmaqdan belə çəkinmir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də başladığı əks-həmlə əməliyyatından sonra Ermənistanda ümumi səfərbərlik elan olunmuşdu.

Açar sözlər:

Oxunub: 689