DSMF doqquz ayda əhaliyə 4,3 milyard manat ödəyib


17:30     07 Oktyabr 2020 dsmf.PNG


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-sentyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Bu barədə Femida.az-a qurumdan məlumat verilib.

Sözügedən təminat növləri üzrə əhaliyə bu ilin 9 ayında ötən ilin eyni dövrünə nisbətən 24,8% və ya 853,8 mln. manat çox olmaqla 4 mlrd. 302 mln. manat ödənilib.

Açar sözlər: #DSMF  

Oxunub: 504