Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfirini qəbul edib
19:50 07 Oktyabr 2020
Milli Məclisin Sədri Sahibə Qafarova bu gün Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni qəbul edib.
Femida.az -ın xəbərinə görə, bu barədə Milli Məclisin Sədri “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Milli Məclisin Sədri Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib.
Görüşdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə də məlumat verilib. Spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də növbəti dəfə kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başlayıb. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və artıq işğal altındakı bəzi ərazilərimiz azad edilib. Milli Məclisin Sədri qeyd edib ki, Ermənistan mülki şəxsləri və cəbhə xəttindən aralıda yerləşən şəhər və rayonlarımızı da hədəf alır. Bu, bir daha Ermənistanın cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir.
Səfir ölkəsinin qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəklədiyini bir daha bəyan edib.
Spiker ədalətli mövqeyinə və Azərbaycana göstərdiyi dəstəyə görə, Pakistan İslam Respublikasına minnətdarlığını bildirib.
Oxunub: 457
Oxşar xəbərlər
- Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb
- Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
- Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Estoniyaya səfərə gedib
- Sahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş olub
- Sahibə Qafarova: "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik"
- Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib
- Sahibə Qafarovanın Rusiyaya səfər proqramı açıqlanıb
- Sahibə Qafarova Milli Məclis adından Türkiyəni təbrik edib
- Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb
- Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb