Qusar və Şəmkirdə baş verən qəzalarda iki nəfər ölüb


16:44     08 Oktyabr 2020 qeza_yeni.jpg

Qusar və Şəmkir rayonlarında baş verən avtoqəzalarda iki nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 7-də saat 18 radələrində Qusar rayonunun Xurel kəndi ərazisində kənd sakini Muradxan Qurbanovun idarə etdiyi “VAZ-21010” markalı avtomobil su arxına aşıb. Nəticədə sərnişin İlham Ağasiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar hadisə Şəmkir rayonunun S.Vurğun kəndi ərazisində qeydə alınıb. Kənd sakini Elməddin Sarıyev idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 459