Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar var


16:55     10 Oktyabr 2020 qeza_yeni.jpg

Ağsu dolaylarında yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın xəbərinə görə, Ağsu rayon sakini, 1984-cü il təvəllüdlü Ələkbərov Təbriz Sabir oğlu "VAZ-2107" markalı minik avtomobili ilə Ağsu aşırımında hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü T. Ələkbərov və sərnişini, Ağsu sakini, 1984-cü il təvəllüdlü Nağıyev Rafael Ağazər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 617