Ermənilərdən növbəti təxribat: Saxta məktub göndərirlər
11:41 13 Oktyabr 2020
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və ETX tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş olunur ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.
Azərbaycan Banklar Assosiasiyasının rəsmi saytında yerləşdirilən məlumat və onun adından göndərilən saxta məktub əlavə olunur.
Bu kimi hallarla üzləşdikdə, “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.
Femida.az
Oxunub: 557
Oxşar xəbərlər
- Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin daha 13 üzvünün məhkəməsi keçiriləcək
- Ermənilərdən Gövhər Ağa məscidi ilə bağlı təxribat
- Ermənilərdən geri alınan kənddə şərab zavodu da var
- Ermənilərdən növbəti saxtakalıq: “Türk qəhvəsi bizimdir”
- Ermənilərdən pul alıb dopinqlərə göz yuman məmur İFŞA EDİLDİ