Ukrayna deputatlarından Azərbaycana dəstək


17:02     13 Oktyabr 2020 UKRAYNA.jpg

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko Azərbaycan Respublikasının Milli Məclisinə Gəncə şəhərində baş verən hadisələrdən və atəşkəs rejiminin pozulmasından dərin narahatlıq ifadə edən məktub ünvanlayıblar.

Parlamentdən Femida.az-a verilən məlumata görə, məktubda ukraynalı deputatlar mülki əhalinin hərbi əməliyyatların tərəfi olmadığını vurğulayaraq, Ermənistan tərəfindən beynəlxalq hüquqları pozma cəhdlərini qətiyyətlə pisləmişlər.

Ukraynalı parlamentarilər mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək münaqişənin daha da genişlənməsinin qəbuledilməz olduğunu və Ukraynanın əvvəlki kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək qarşıdurmanın sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 484