Şoyqu Zakir Həsənov və Tonoyanla danışıqlar apardı


11:10     14 Oktyabr 2020 soyqu4.jpg

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın müdafiə nazirləri Zakir Həsənov və David Tonoyanla telefon danışıqları aparıb.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Şoyqu tərəfləri Moskvada əldə edilmiş öhdəlikləri tam yerinə yetirməyə çağırıb: “Telefon danışığı zamanı Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu həmkarlarını 10 oktyabrda Moskvada əldə edilən razılaşmalara uyğun olaraq öhdəliklərini tam yerinə yetirməyə çağırıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 522