Kamran Əliyevə yüksək vəzifə verildi


12:22     16 Oktyabr 2020 kamran.jpg

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Femida.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, K. Əliyev Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib. K. Əliyev faktı təsdiqləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 690