İrəvanda yəhudilərin soyqırım abidəsi təhqir olundu - FOTO


13:22     16 Oktyabr 2020 2020/10/f5f88-1602828326_1602840202.jpg


İrəvanın mərkəzində "Kentron" adlandırılan ərazidəki yəhudilərin Holokost soyqırımı abidəsinə hücum olub.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, erməni ekstremistləri abidəni qırmızı rəngə boyayıblar. Millətçilər təhqir etdikləri abidənin şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Erməni radikallar paylaşımlarda yəhudiləri təhdid edərək "sizin də qanınız töküləcək" deyə yazıblar.

Digər erməni istifadəçiləri bu təhqiramiz addımı rəğbətlə qarşılayıblar. Hətta məlum paylaşımlardakı şərhlərdə İsrail dövlətinin daim Azərbaycana dəstək verməsinin onlara baha başa gələcəyi kimi hədələr yer alıb.

Artıq İrəvan meriyasının sözcüsü Ovsep Kubatyan abidənin təmizləndiyini bildirib.

Qeyd edək ki, ermənilərin abidələri təhqir etməsi ilk hadisə deyil. İşğal edilmiş Azərbaycan ərazilərindəki tarixi və mədəni abidələrin əksəriyyəti erməni vandalları tərəfindən dağıdılıb.



Femida.az

Açar sözlər: #yəhudi  

Oxunub: 798