İsrailin Baş Nazirindən Azərbaycana dəstək məktubu
11:33 19 Oktyabr 2020
İsrailin Baş Naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbaut xidmətindən Femida.az-a verilən məlumata görə, Benyamin Netanyahu məktubunda İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqdan qürur duyduğunu vurğulayıb.
Həmin tarixdən keçən 30 ilə yaxın müddət ərzində İsrail və Azərbaycan xalqlarının həqiqi dostluğuna əsaslanaraq iki ölkə arasında möhkəm münasibətlərin qurulduğu qeyd olunub.
İsrailin Baş Naziri ümumi maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün birgə səylərin göstərilməsinə hazır olduğunu ifadə edib.
Benyamin Netanyahu Azərbaycan xalqına inkişaf, sabitlik və firavanlıq arzulayıb.
Femida.az
Oxunub: 1292
Oxşar xəbərlər
- İsrailin Baş naziri öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb
- İsrailin Baş naziri ŞABAK-a yeni səlahiyyətlər verib
- İsrailin Azərbaycandakı səfiri Ağdama səfər edib
- İsrailin iki aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək
- İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
- İsrailin yeni prezidenti bu şəxs oldu
- İsrailin sabiq Prezidenti Prezident İlham Əliyevi təbrik edib
- İsrailin keçmiş XİN başçısı İlham Əliyevi təbrik edib
- İsrailin yeni səfirinin Azərbaycana gələcək - Tarix məlum oldu
- İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı – SƏBƏB